İngiltərənin "Mançester Yunayted" klubu Dortmund "Borussiya"sının yarımmüdafiəçisi Marko Roysu transfer siyahısına yazıb. Futbolinfo.az xəbər verir ki, mankunyanlar istedadlı futbolçunun keçidi üçün bundesliqa klubunun qapısını döyüb.
Hansı ki, bu “qırmızı şeytanlar” üçün ilk deyil. Onlar yayda da Roys üçün ttəklif göndərmiş, lakin rədd cavabı almışdı. MY-nin baş məşqçisi Devid Moyes yenidən Markonun keçidi üçün rəhbərliyə hesabat təqdim edib. Premyer-liqa təmsiliçisi bu dəfə məbləği yüksəldərək təxminən 35 milyon avro təklif ediblər. “Borussiya” isə hələ ki təklifə nə hə, nə yox deyib.






