“Qalatasaray” transferi seriala dönən Aleks Tellesi nəhayət ki, rənglərinə bağlayıb. Futbolinfo.az xəbər verir ki, braziliyalı futbolçunun klubu “Qremio” “Cim-Bom”un kreditlə ödəniş təklifini qəbul edib.
Türkiyə mətbuatı sol cinah müdafiəçisinin sabah günortadan sonra İstanbula yola düşəcəyini yazıb. “Sambaçı” sabah meneceri Fernando Otto ilə birlikdə “Qalatasaray”ın prezidenti Ünal Aysalın sahib olduğu Ottomans otelinə gələcək.
“Qremio” rəhbərliyi Tellesin qarşılığında 9.3 milyon dollar alacaq ki, bunun da 40 faizi, yəni 3.7 milyon dolları ilkin kreditdə ödəniləcək.






