"Xəzər Lənkəran" yeni stadion üçün məkan axtarışını başa çatdırıb. Futbolinfo.az xəbər verir ki, bir müddət əvvəl keçirilən klubdaxili iclasda aşağı yaş qrupları üçün yeni stadionların inşasına qərar verilmişdi. Bu səbəbdən yer axtaran klub nümayəndələri stadionun yerləşəcəyi məkanı müəyyən edib.
Belə ki, Lənkəran klubunun aşağı yaş qrupları şəhərə yaxın olan kəndlərdə inşa ediləcək 2 stadionda məşq edəcək. Bundan başqa həmin meydançalar oyun üçün də nəzərdə tutulub. Bu barədə saytımıza açıqlamasında Lənkəran şəhər stadionunun direktoru Höccət Hacıyev məlumat verib:
"Artıq stadionların harada yerləşəcəyi müəyyən edilib. Lənkərana yaxın ərazidə yerləşən kənd stadionlarını bərpa etmişik. Bu stadionlarda oyunlar da keçiriliəcək. Həmin meydançada aşağı yaş qrupları həm məşq edəcək, həm də oyun keçirəcək. Ot örtüyü hələ ki, təbiidi, amma yaxın zamanlarda örtüyü süni edəcəyik".






