Türkiyənin 4-cü liqa komandası “Karsspor”da çıxış edən həmyerlimiz Emin Mustafayev yoldaşlıq görüşlərində məhsuladalığı ilə seçilir. Futbolinfo.az xəbər verir ki, Mustafayev bu dəfə "Besirlispor"la görüşdə fərqlənib.
 
Qış fasiləsindən yararlanaraq hazırlıqlarını davam etdirən Eminin komandası "Karspor" bu dəfə yoldaşlıq görüşündə "Besirlispor"la görüşüb. Mustafayevin vurduğu qol komandasını məğlubiyyətdən qurtarıb. Oyun 1:1 hesabı ilə başa çatıb.
 
Qeyd edək ki, bundan öncə Mustafayev “Sürmenespor”la yoxlama görüşündə fərqlənmişdi.
Shares: