Qış fasiləsindən yararlanaraq hazırlıqlarını Bakıda davam etdirən AZAL ötən gün 2 yoldaşlıq görüşündə qüvvəsini sınayıb. Futbolinfo.az xəbər verir ki, "təyyarəçi"lərin rəqibləri birinci divizon təmsilçiləri olub.
 
Hər iki qarşılaşma Şüvəlanda baş tutub. Səhər saat 11:00-da "Şuşa" ilə qarşılaşan AZAL 2:0 hesabı ilə qalib gəlib. AZAL-dan Rəsul Babazadə və baxışda olan gürcüstanlı Tornike Qriqalaşvili fərqlənib. Günün ikinci yarısında "təyyarəçi"lər 1-ci divizonunun 2-ci pilləsində qərarlaşan "Qaradağ Lökbatan"la qarşılaşıblar. Bu oyunda Vaqif Sadıqovun yetirmələri meydanı məğlub tərk ediblər. Oyunun gedişatında 2:0 hesabı ilə qalib durumda olsalar da, Lökbatan təmsilçisi sonradan 3 qol vuraraq qələbə qazanıb.
 
Divizion təmsilçisindən Timur Dadaşov (2), Vurğun Həsənzadə fərqlənib. AZAL-ın qollarını isə Cavid Tağıyev və Davron Mirzoyev vurub.
Shares: