"Qəbələ"nin sabiq qapıçısı, hazırda klubsuz olan Elnar Kərimovun futbolinfo.az saytına müsahibəsi
– Siz daha çox “Qəbələ”dəki çıxışınızla tanınmısız. Bu klubu niyə tərk etdiz?
– 7 il o komandada oynadım. Ora çox öyrəşmişdim. Amma komandada üçüncü qapıçı olmaq mənə pis təsir edirdi. Həm də dedilər ki, bizə cavan qapıçı lazımdı. Bu üzdən mən də ayrıldım.
– “Karvan”da nə üçün qalmadız?
– Mənim “Qəbələ”dən ayrıldıqdan sonra “Araz Naxçıvan”a və “Neftçala”ya getmək şanslarım da var idi. Amma Kənan Kərimovu tanıdığım üçün ora getməyə üstünlük verdim. Onu bilirəm ki, bu addımı atmaqla çox böyük səhv etdim. Gərək özünə hörmət qoyasan.
– Nə problem var idi ki?
– Ora getməyimə çox peşman oldum. Ona görə ki, o klub peşəkarlıqdan uzaqdı. Elə şeylər var ki, deyə bilmirəm. Çünki özümə hörmət edirəm. Kimsə oradan ayrlanda Allaha şükür edir.
– Yeni təklif yoxdu?
– Hələ ki, özüm üçün məşq edirəm. Mingəçevirdə bir qapıçı var, onunla məşq edirik. Təklif olsa, oynamağa hazıram. Amma yoxdu.
– Sizcə, bizim yerli futbolçulara belə biganəlik nədən irəli gəlir?
– Bizim futboldakı limit düz deyil. Deyirlər 21 yaşlı futbolçular oynamalıdı. Birinci divizionda lap biabırçılıqdı. İndi mənim 28 yaşım var deyə kənarda qalmalıyam? Mən qapıda duranda Pavel Doroşev ehtiyatda otururdu. İndi gətiriblər “Neftçi”yə. 35 yaşı var. Bizim qapıçılar qapıçı deyil ki? Ya mənim ailəm yoxdu? Mən qapıda ondan da yaxşı dayanaram. Amma imkan yaratmırlar.

– Niyə bəs etiraz səsinizi ucaltmırsız?
– Heç nə düzələn deyil. Gəlin Mingəçevir futboluna baxın. Bilirsiz nə gündədi? Rayon futboluna heç maraq yoxdu. Anca Bakı komandalarına, onların futboluna baxırlar. Tovuz, Şəmkir, Gəncə və s. hamısı eyni vəziyyətdədi.

– Bəs futbolsuz nə edəcəksiz?
– Heç nə. Hələ ki, gözləyəcəm. Bizim güclü qapıçılarımız var. İnanıram ki, mənə də yol açılacaq. Hətta Hindistandan da təklif olsa, qaça-qaça gedib oynayaram. Futbolsuz qalmaq çətindi.
ELSEVƏR