Topaz Premyer Liqasının qalan hissəsinə hazırlığı davam etdirən AZAL ayın 18-də daha 2 yoxlama görüşü keçirəcək. Futbolinfo.az xəbər verir ki, "təyyarəçilər"in rəqibləri Qusarın "Şahdağ" və Sumqayıt eyni adlı komandaları olacaq.
Vaqif Sadıqov yetirmləri səhər saat 11:00-da "Şahdağ"la oyunda qüvvəsini sınayacaq. Saat 16:00-da isə "Sumqayıt"la qarşılaşma baş tutacaq. Hər iki qarşılaşma Şüvəlanda keçiriləcək.
Qeyd edək ki, AZAL-ın gün ərzində 2 görüş keçirməsi baş məşqçi Vaqif Sadıqovun istəyindən irəli gəlir. Baxışda olan futbolçuların çoxluğu Sadıqovun meydana iki fərqli heyət çıxarmasına imkan verir.
Maraq üçün xatırladaq ki, AZAL ötən gün də iki sınaq matçına çıxıb. "Şuşa"ya qalib gələn "təyyarəçilər" "Qaradağ Lökbatan"a uduzub.






