Xəbər verdiyimiz kimi, Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan azərbaycanlı futbol hakimləri tanınmış xarici hakimdən dərs alırdılar. Futbolinfo.az xəbər verir ki, AFFA Hakimlər Komitəsi hakimlərimizin hazırlıq prosesinə Rusiyadan mütəxəssis gətirmişdi.
Bu, sabiq FİFA referisi Aleksey Spirin idi. Təcrübəli mütəxəssis bir neçə gün ərzində hakimlərimizə seminar keçib. Spirin yoxlama matçlarında da hakimlərimizi izləyib, öz tövsiyyələrini verib. Bu gün isə o, hakimlərimizlə vidalaşaraq, onların toplanış məkanını tərk edib.






