"Milan" rəhbərliyi Klarens Zeedorfla gözlənilən müqviləni rəsmiləşdirib. Surinam əsilli hollandiyalı bu gün İtaliyaya yollanıb. Futbolinfo.az xəbər verir ki, həftənin əvvəlində Braziliyanın “Botafoqo” klubunda karyerasını başa vuran Klarens Milanda klubun vitse-preziodenti Adriano Qalliani ilə görüşüb.
 
37 yaşlı Zeedorf "rossonyerlər”lə əvvəlcədən açıqlandığı kimi 2,5 illik müqavilə imzalayıb. Onun köməkçilərinin Ernan Krespo və Yap Stam olacaq.
 
Qeyd edək ki, Zeedorf 2002-12-ci illərdə "Milan"da futbolçu kimi çıxış edib.
Shares: