“Neftçi”nin yarımmüdafiəçisi Erik Ramosun futbolinfo.az saytına müsahibəsi
– Albaniya "Partizani"si ilə oyundan qalib ayrıldınız. Oyunla bağlı nə deyə bilərsiz?
– Yaxşı oynadıq, 2 qol vurduq. Amma daha çox qol vura bilərdik. Komanda bu oyunda fiziki cəhətdən də güclü olduğunu göstərdi. 90 dəqiqə daha üstün oyun sərgilədik. Qol şanslarımız da çox idi. 4 gündü buradayıq. Çox yaxşı hazırlaşırıq. Komandamız topla da çox yaxşı oynayırdı. Hazırlığın sonunda daha yaxşı olacaq.
– “Neftçi” meydanda çox aqressiv oynayırdı…
– Biz həmişə aqressiv oynamışıq. Bu da qələbə qazanmaq istədiyimizdən irəli gəlir. Çoxları düşünür ki, Albaniya komandasına qarşı oynadığımız üçün aqressiv idik. Yox, bu, əsla belə deyil. “Skenderbeu”ya məğlubiyyəti çoxdan unutmuşuq.
– Böyükağa Hacıyevin qayıdışının bu qələbədə rolu nə qədərdi?
– O, çox böyük xarakterə malik məşqçidi. İşini dərindən bilir. Əlbəttə ki, qələbədə onun rolu böyük idi. “Neftçi” Hacıyevlə əvvəlki günlərinə qayıdacaq. Daim hücum futbolu oynayacağıq. Onun geri qayıtmasına ehtiyac var idi. Yaxşı oldu
– Nazim Süleymanovla niyə alınmadı?
– Köhnə məşqçilər haqqında danışmağı xoşlamıram.
– Qarşıdan gələn “Fənərbaxça” ilə oyun haqqında nə deyə bilərsiz?
– Rəqibimiz çox güclü komandadı. Onların nəyə qadir olduğunu bilirik. Ona görə də bizə çətin olacaq. Amma “Neftçi”ni zəif saymasınlar. Həmin oyunda qələbə üçün oynacağıq.
ELSEVƏR, ANTALYA






