Hakimlərimizin Antalyada təlim-məşq toplanışı davam edir. Futbolinfo.az xəbər verir ki, ədalət təmsilçilərimiz hazırlıqla yanaşı, müxtəlif yoxlama oyunlarına da təyinat alırlar.
Hazırlıqlarını ayın 14-dən Türkiyədə davam etdirən Ukraynanın "Metallurq" komandası yoxlama görüşündə bu gün İsveçrənin "Aarau" komandasını sınağa çəkəcək. "Calista" idman kompleksində baş tutacaq qarşılaşmanı Anar Salmanov idarə edəcək. Ona bu oyunda Yaşar Abbasov, Mübariz Haşımov kömək edəcək.






