AZAL komandasının baş məşçisi Vaqif Sadıqov baxışda olan futbolçularla bağlı qərarını ayın 18-də açıqlayacaq. Bu barədə klubun mətbuat xidmətinin rəhbəri Eldəniz Yusifov futbolinfo.az saytına açıqlamasında məlumat verib:
"Sadıqovun bir gündə iki görüş keçirmə istəyi transfer məsələlərinin yekunlaşdırlması ilə bağlıdı. Baxışda olan futbolçuları sayı çox olduğundan oyunlarda iki heyətlə çıxış etmək imkanımız var. Ayın 18-də Vaqif müəllim baxışda olan futbolçularla bağlı yekun qərarını verəcək. İndiyə qədər baxışa 8 futbolçu cəlb olunmuşdu. Dünən baş tutan oyunlardan sonra Almaniya, Tacikistan və Gürcüstandan baxışa gələn futbolçular geri göndərilib. Buna qədər ayın 11-də 3 futbolçu baxışda olsa da, bəyənilmədi. Hazırda baxışda 2 nəfər var. Ayın 18-də keçirəcəyimiz yoxlama oyunlarından sonra baş məşqçimiz həmin futbolçularla bağlı qərarını açıqlayacaq".






