Cari mövsüm "Yuventus"da sərgilədiyi oyunla böyük rəğbət qazanan Pol Poqba bir sıra Avropa nəhənglərinin hədəfinə düşüb. Futbolinfo.az xəbər verir ki, belə klublardan biri də yarımmüdafiəçinin sabiq klubu "Mançester Yunayted"di.
 
Mankunyanlar fransalı oyunçunu geri almaq üçün səy göstərsə də, Pol son açıqlaması ilə onların planlarısı suya salıb: “Mən heç vaxt Mançesterə qayıtmayacam. Orada olanda Aleks Ferqyusson mənə heç bir şans vermirdi, mənə inanmırdı. Bu gün orada baş məşqçi dəyişsə də, o komandaya getmək istəmirəm. Nə qədər ki, Ferqyussonun o klubla əlaqəsi kəsilməyib, məni Mançesterdə görə bilməyəcəksiz".
 
Qeyd edək ki, Ferqyusson MY rəhbərliyində çalışır.
Shares: