Qətərli sərmayəçilər İspaniya nəhəngi “Barselona” ilə tarixi bir müqavilə imzalamağa hazırlaşır. Futbolinfo.az xəbər verir ki, ərəblər “Barsa”nın ev oyunlarını keçirdiyi “Nou Kamp” arenasının ad haqqlarını almaq istəyir.
Qətərli milyarderlərin təklif etdiyi rəqəm 350 milyon avrodu. “El Mundo” nəşrinin xəbərinə görə, katalonlar məslələ ilə bağlı qərarını sabah verəcək. Sponsorlar “Barsa”ya iki layihə təqdim edib:
1.Şəhərin kənarında yeni bir stadion tikmək.
2. “Nou Kamp”ın özünü yeniləmək.
Yeni arena tikilərsə bu təxminən 1 milyard avroya başa gələcək və inşaat 4 ilə tamamlanacaq.
Əgər “Barsa” Qətərdən gələn təklifi qəbul edərsə stadion “Qatar Nou Camp Arena” adlanacaq.
Qeyd edək ki, yaxın günlərdə “Coca Cola” “Barselona”nın əzəli rəqibi “Real”a (Madrid) 80 milyon avroluq təklif etmişdi.






