“Bavariya”nın fransalı ulduzu Frank Riberi ilə bağlı 6 il əvvəl baş vermiş, bu günədək gizli saxlanılan faktın üstü açılıb. Futbolinfo.az xəbər verir ki, yarımmüdafiəçi 2008-ci ildə “Çelsi” və Madrid “Real”ının qapısından necə döndüyünü açıqlayıb. Sən demə Riberi “Bavariya”ya son anda keçə bilib.
 
“Qalatasaray”dan ayrıldıqdan sonra Marsel “Olimpik”inə keçən oyunçu “Real” və “Çelsi”dən ciddi təkliflər alıb. Lakin Riberi daha az maaş qarşılığında “Bavariya”da oynamağı seçib. Həmin günləri “pivəçilər”in prezidenti Karl-Hayns Rummenige belə xatırlayır: “6 il öncə Riberiyə təkliflər çox olsa da, onu klubumuza cəlb edə bildik. Hər şeyi centilmencəsinə həll etdik. Hətta deyə bilərəm ki, rəsmi bir anlaşma olmadığı üçün depressiyaya da qatılmışdım. Özü də “Çelsi”nin Riberiyə çox yüksək məbləğ təklif etdiyini vurğulayım. Lakin bu satışa izin verməməklə, doğru addımı atdıq. Ulduz futbolçuları rəqiblərinə satdığın təqdirdə böyük bir klub ola bilməzsən. “Barselona” və “Real” oyunçularını satmırsa, ala bilməzsən. Bu amil “Bavariya”ya da aiddi”.
 
Riberi 2007-ci ildən “Bavariya”da top qovur.
Shares: