Qazaxıstanın “Tobol” klubunun idman direktoru Konstantin Qalçenko Antalya toplanışı çərçivəsində yoxlama oyununda qarşılaşdıqları “Neftçi”yə məğlubiyyəti (2:4) şərh edib. Futbolinfo.az xəbər verir ki, Qalçenko mövzu ilə bağlı klub saytına bunları söyləyib:
 
“Yaxşı, keyfiyyətli komandaya qarşı oynadıq. “Neftçi” Azərbaycandan olan əvvəlki rəqibimiz “Qəbələ”dən daha sanballı və texnikalı görünür”.
Shares: