"Qəbələ" klubunun futbolçularına yaratdığı şəraitin digər klublarımızla müqayisədə daha yaxşı olduğunu danmamalıyıq. Amma bəzi futbolçular bundan sui-istifadə edir, günlərini çayxanalarda qəlyan çəkməklə keçirir, müxtəlif pozalarda şəkillərini sosial şəbəkələrdə də paylaşır.
 
Yaxınlarda  "Qəbələ"dən "Sumqayıt"a icarəyə verilən Tərzin Cahangirovun qəlyan sevgisi xüsusidi. Heç Amit Quluzadə də ondan geri qalmır. Klub rəhbərliyi isə yəqin ki, təqdim etdiyimiz şəkillərə baxdıqdan sonra onların məvacibini bir az da artıracaq. Axı, kişilər əməlli-başlı xərc çəkir…
 
 
 
 
Shares: