“Monako”nun forvardı Lasina Traore “Everton”a transfer edilib. Futbolinfo.az xəbər verir ki, o, mövsümün sonuna qədər icarə əsasında Liverpul klubunda top qovacaq.
Keçidin Radamael Falkaonun zədə alması səbəbilə baş tutması bir qədər şübhə altına düşsə də, knyazlıq təmsilçisi forvardın gedişinə imkan verib. Traore artıq Britaniyada oynamaq üçün işçi vizası da alıb.
23 yaşlı forvard bir qədər əvvəl 10 milyon avroya “Anji”dən “Monako”ya transfer edilmişdi.





