"Mançester Yunayted" Xuan Matadan sonra daha bir ulduzu rənglərinə bağlamaq istəyir. Futbolinfo.az xəbər verir ki, söhbət Almaniya nəhəngi "Bavariya"nın oyunçusu Toni Kroosdan gedir.
 
Dünən MY-nin baş məşqçisi Devid Moyes Almaniyaya gedərək Münhen təmsilçisinin "Borussiya" (Münhenqladbarx) ilə oyununu izləyib ki, bu da əbəs yerə deyildi. Çalişdırıcı məhz Kroosu yaxından müşahidə etmək üçün Almaniyada olub. Hətta şotland mütəxəssis yarımmüdaiəçini menecerinin yanında əyləşərək matçı izləyib.
 
MY-nin Toni ilə maraqlandığını “pivəçilər”in rəsmisi Karl-Haynz Rummenige də təsdiqləyib.
Shares: