Futbol üzrə Türkiyə PTT 1-ci liqasında 22-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Ufuk Budakın komandası – "Qaziantep BB" bu tur səfərdə "Boluspor"la qarşılaşıb.
 
Oyunda hesab açılmayıb – 0:0. Yığmamızın üzvü bu oyuna start heyətdə başlayıb və sonadək meydanda qalıb.
 
Qeyd edək ki, "Qaziantep BB" hazırda 25 xalla 12-ci pillədə qərarlaşıb.
Shares: