“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev Polşanın “Şlensk” klubu ilə keçirilən yoxlama oyunundan sonra klubun rəsmi saytına açıqlama verib. Futbolinfo.az xəbər verir ki, o, komandasının 1:3 hesablı məğlubiyyəti ilə bağlı bunları deyib:
“Təlim-məşq toplanışında son oyunumuz idi. Buna görə, əsasən gəncləri sınamaq istəyirdim. Nəticənin önəmli olmadığı bir görüşdə demək olar ki, gənclərin hamısına şans verdim. Nəticə bizi marahat etmir, buna görə məyus deyilik. Çünki bu, bir yoxlama oyunu idi. Gəncləri yoxlama oyununda da sınamayıb, nə vaxt sınayacam?! Biz təlim-məşq toplanışının yekunlarından nəticə çıxarıb, səhvlərimiz üzərində işləyəcəyik. Rəqibə gəlincə, “Şlensk” yaxşı komandadı. Qoy bizi də məğlub etsinlər, yalnız yoxlama oyunlarında. “Neftçi”ni rəsmi matçlarda fərqli oyun göstərib, qələbə qazanacaq”.





