"Barselona"nın ulduz futbolçularından Xavi Hernandes komandadan ayrılacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Futbolinfo.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi klubun rəsmi saytına açıqlamasında haqqında yayılan söz-söhbətlərə son qoyub:
 
"Mən artıq uzun illərdi ki, buradayam. Bu səviyyəyə çatmağımda, bir çox uğur qazanmağımda "Barsa"nın əməyi böyükdü. Nə Qətərə, nə də Nyu-Yorka gedirəm, "Barselona" ilə müqavilə imzalayacam. Mövsümün sonunda klubumla yeni sözləşməyə imza atmaq istəyirəm. Mən burada qalmağı düşünürəm, çünki komandam üçün vacib bir futbolçu olduğumu bilirəm".
 
Qeyd edək ki, Xavi 1998-ci ildən “Barselona”da çıxış edir.
Shares: