İngiltərənin "Mançester Yunayted" klubu gənc ulduzu Adnana Yanuzayı heç yerə göndərmək fikrində deyil. Futbolinfo.az xəbər verir ki, yanvar ayı boyu mankunyanlar Kosova əsilli yarımmüdafiəçiyə görə bir çox təkliflər alsa da, hamısını rədd edib.
Son olaraq Fransa Liqa-1-inin lideri PSJ analoji cavab alanlardan olub. MY Paris klubunun ciddi təklifini geri çevirib.
Mançester təmsilçisinin baş məşqçisi Devid Moyes bildirib ki, Yanuzay komandanın əsas oyunçularından biridi və onu satmaq niyyətində deyillər.





