Bu gün "Şəfa" stadionunun mətbuat konfransı zalında "İnter"in direktoru Natiq Məmmədov əvəzedici heyətin məşqçi heyəti və futbolçularıyla görüş keçirib. Futbolinfo.az xəbər verir ki, mövsümün birinci hissəsini lider kimi başa vurması münasibətilə komanda üzvlərini təbrik edən Məmmədov xüsusi vurğulayıb ki, klub rəhbərliyi əvəzedici heyətin uğurlarına sevinir və komandanın bundan sonra da müvəffəqiyyətlə çıxış edəcəyinə inanır.
 
Əvəzedici heyətin baş məşqçisi Rüstəm Əliyev "Şəfa" stadionunda keçirilmiş təlim-məşq toplanışı barədə qısa məlumat verib və yaradılmış şəraitə görə klub rəhbərliyinə minnətdarlığını bildirib. Rəhbərliyin həmişə diqqət mərkəzində olduqlarını qeyd edən Əliyev futbolçuların qarşıdakı oyunlarda da lider mövqelərini qoruyub saxlamarı üçün mübarizə aparacaqlarına da ümidvar olduğunu açıqlayıb.
 
Görüşdə digər cari məsələlər də müzakirə olunub.
Shares: