“Biz Paulinyonu transfer etməmişik. Mətbuatda çox şey yazıla bilər. Bu, o demək deyil ki, hamısı doğrudu”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “İnter”in mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov deyib.
Son günlərdə braziliyalı hücumçu Paulinyonun "bankirlər"in heyətinə qatılacağı barədə xəbərlər dolaşır. Lakin o, hələ ki, onunla müqavilə imzalamadıqlarını bildirib:
“Belə bir şey olsa, mətbuata açıqlama verəcəyik. Biz Paulinyo adlı futbolçu ilə müqavilə imzalamamışıq”.
Klub rəsmisinin verdiyi digər məlumata görə, bir neçə gündü “İnter”in düşərgəsində olan kosta-rikalı futbolçu Dieqo Madriqalla nəhayət ki, münasibətlər rəmiləşib. Sözügedən futbolçu ilə bu gün rəsmi müqavilə imzalanıb.





