Braziliyada DÇ-2014-ə qarşı etiraz aksiyaları başlanıb. Əhalinin bir hissəsi küçələrə çıxaraq mundialın öz ölkələrində keçirilməsinə qarşı çıxıblar. Artıq etirazın kütləvi hal aldığı bildirilir.
 
Futbolinfo.az xəbər verir ki, onlarla polis arasında baş verən toqquşmalar ölkədə böyük iğtişaşlarla nəticələnib. Etirazlarda xeyli sayda yaralının olduğu da gələn məlumatlar arasınddı.
 
Etirazçılar “Brazilyaya gəlməyin” şüarı altında fikirlər səsləndirib. Onlar aksiyanın çempionat zamanı da davam edəcəyini bildirib.
 
Məlumatınız olsun ki, braziliyalılar xalqın böyük hissəsinin yoxsul olduğu zamanda DÇ-2014-ə yüksək məbləğdə pul xərcləməsinə qarşı çıxır.
Shares: