Düsseldorf “Fortuna”sının heyətində çıxış edən gənclərdən ibarət millimizin futbolçuları Toğrul Erat və Eren Taşkın komandanın La Maqna (İspaniya) toplanışı zamanı yoxlama görüşü çərçivəsində keçirdiyi növbəti oyunda meydana çıxıblar. Futbolinfo.az xəbər verir ki, futbolçularımız Norveçin “Odd Qrenland” komandasına qarşı forma geyiblər.
Erat bütün oyunu meydanda mübarizə aparıb. Taşkın isə 80-ci dəqiqədə əvəzlənib.





