Sandro Rossellin "Barselona" prezidentliyindən getməsinə səbəb olan Neymar qalmaqalı ilə bağlı yaranan problemlər həll edilib. Futbolinfo.az xəbər verir ki, Rosselli saxtakarlıqda ittiham edən Xordi Koses braziliyalı hücumçunun transferi ilə bağlı məhkəməyə verdiyi iddia ərizəsini geri götürüb.
O, Sandronun istefaya getməsiylə məqsədinə çatdığnı və istintaqın bağlanmasını istəyib. Bu barədə onun vəkili "Marca" radiosuna açıqlamasında deyib:
"Hədəfimizə çatdıq, Sandro Rosell istefa verdi. Bu səbəbdən iddia ərizəsini geri götürdük".





