1-ci divizion təmsilçisi "Araz Naxçıvan" fasilədən sonra çempionluq iddialarını davam etdirmək üçün heyətə yeni futbolçular qatıb. Futbolinfo.az xəbər verir ki, Naxçıvan təmsilçisi Azər Məmmədov Əziz Hüseynov, Tərlan Xəlilov, İrfan Hüseynov, Ruslan Zubkov, Tural Hümbətov və Ələkbər Əliyevi heyətinə qatıb.
 
Yeni transferlər siyahısında legioner həyatı yaşamış futbolçu da yer alıb. Belə ki, Bolqarıstan "Spartak"ında forma geyən İrfan Hüseynov fasilədən sonra Əsgər Abdullayevin komandasında top qovacaq.
Shares: