Nəhayət ki, "Çelsi"nin yarımmüdafiəçisi Maykl Esyenin "Milan"a transferi rəsmiləşib. Futbolinfo.az xəbər verir ki, İtaliya klubu rəsmi "twitter" hesabında bu haqda informasiya yerləşdirib.
 
Açıqlamaya görə, təcrübəli yarımmüdafiəçi ilə 2 illik, başqa sözlə desək, 2015-ci ilin sonuna kimi müqavilə imzalanıb.
 
Esyen bu müddət ərzində 3,5 milyon avro qazanacaq. Qanalı futbolçunun keçidi "Milan"a pulsuz başa gəlib.
 
Qeyd edək ki, “Çelsi” və “Milan” bu transferdə bir neçə gündü razılığa gəlsə də, Maklın zədəli olması və tibbi müayinədən keçə bilməməsi rəsmiləşmə işini gecikdirmişdi.
Shares: