“Real Mursiya”nın azərbaycanlı yarımmüdafiəçisi Eddi İsrafilov İspaniya Sequndasının 23-cü turu çərçivəsində keçirilmiş oyunda (2:2) “Malyorka”nın qapısına vurduğu qoldan danışıb. Futbolinfo.az xəbər verir ki, İsrafilov İspaniya mətbuatına bunları söyləyib:
“Qolumu belə parlaq qeyd etməyim həmin axşam hədsiz qol vurmaq istəyimdən irəli gəlirdi. Mənə inanan hər kəsə təşəkkür edirəm. Həqiqətən də qol vurmağı çox istəyirdim. Digər tərəfdən isə, qolumun qələbə gətirəcəyini istərdim. Bu, bizim azarkeşlərimiz üçün yaxşı oyun idi. Gələn həftə “Ponferradina”ya qarşı oyunda daha yaxşı nəticəyə nail olmaq istəyirk”.
İsrafilov özünün meydanda çıxış etdiyi mövqeyə – hücumameylli yarımmüdafiəçi mövqeyinə də münasibət bildirib: “Məşqçi harada desə, orada da oynayacağam. Yarımmüdafiədə, hücumun mərkəzində, hətta cinahda belə”.





