“Mançester Siti”nin baş məşqçisi Manuel Pelleqrini özündən əvvəlki çalışdırıcı, hazırda “Qalatasaray”ın başında olan Roberto Mançini haqda fikir səsləndirib. Futbolinfo.az xəbər verir ki, o, italyan mütəxəssisin bir neçə gün öncə “MS-ni mən yaratmışam” açıqlamasına münasibət bildirib:
"Bu sözlərdən ötrü özümü yormağa ehtiyac yoxdu. Hər kəs öz fikirinin doğru olduğunu söyləyə bilər. Əslinə baxsaq, bunu ən yaxşı şəkildə analiz edəcək adam mən deyiləm. Hansı məşqçi özü öz işini qiymətləndirə bilər ki?”
Qeyd edək ki, MS Premyer Liqada 22 turdan sonra lider “Arsenal”dan 1 xal geridədi.





