Futbol üzrə Türkiyə PTT 1-ci Liqasında 22-ci turun son görüşü keçirilib. Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Saşa Yunisoğlunun komandası “Dənizlispor” öz meydanında “Balıkəsirspor”u qəbul edib.
 
Həmyerlimizin komandası bu görüşdə 1:0 hesablı qələbə qazanıb. Saşa 90-cı dəqiqədə meydana çıxıb və oyuna əlavə edilmiş iki dəqiqə ərzində meydanda olub.
 
Qeyd edək ki, "Dənizlispor” hazırda yarış cədvəlində 22 xalla 14-cı pillədə qərarlaşıb.
Shares: