"Barselona"nın prezidenti Xosep Bartomeu komandanın əsas qolkiperi Viktor Valdesin yayda heyətdən ayrılacağını təsdiqləyib. Futbolinfo.az xəbər verir ki, o, hətta Valdesin yerinə mətbuatda iddia olunduğu kimi "Borussiya"nın (Münhenqladbax) gənc qapıçısı Mark-Andre ter Ştegenlə maraqlandıqlarını da bildirib:
“Valdesin müqaviləsi mövsümün sonunda sona çatacaq. O, qərarını aylar öncədən verib və mən bunu dəyişə bilmərəm. Bu barədə çox danışmayacam. Ter-Ştegen maraq dairəmizdə olan futbolçulardandı".
Artıq Şteqenlə "Barselona"nın razılığa gəldiyi iddia edilir.





