"Fənərbaxça"nın əsas heyət oyunçularından olan Emmanuel Emenike zədələnib. Futbolinfo.az xəbər verir ki, nigeriyalı qolçu dünən Super Liqanın son turunda"Konyaspor"la matçda xəsarət alıb.
İlkin məlumatlara görə, Emenikenin ayağında yırtıq aşkarlanıb. Bu isə o deməkdi ki, hücumçu ən az iki həftə yaşıl meydanlardan kənarda qalacaq.
Qeyd edək ki, "Fənərbaxça" – "Konyaspor" matçı meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.





