"Arsenal"ın baş məşqçisi Arsen Vengerin komandası ilə müqavilə yeniləyəcəyi dəqiqləşib. Futbolinfo.az xəbər verir ki, bu haqda komandanın idman direktoru İvan Qazidis məlumat verib.
O, mətbuata rəsmi açıqlamasında bunları dilə gətirib: "Arsen müqavilə müddətini uzadacaq. Onunla yeni sözləşmə imzalanacaq. Düşünürəm ki, bunu indi açıqlamağımız doğru qərar idi".
Qeyd edək ki, 1996-cı ildən "Arsenal"a rəhbərlik edən Vengerin “topçular”la sözləşmə müddəti iyunda başa çatır.





