“İnter”in yarımmüdafiəçisi Abdulla Abatsıyevin futbolinfo.az saytına müsahibəsi
 
– Öncə Antalyadakı hazırlıqlar barədə fikirlərinizi bilmək maraqlı olardı…
– Hər şey əla keçdi. Yaxşı hazırlaşdıq. Bütün proqramlar üzrə normal işlədik.
 
– Yoxlama görüşləri haqqında nə deyə bilərsiz?
– Oyunlar istədiyimiz kimi keçdi. Yoldaşlıq oyunları olmasına baxmayaraq, ciddi hazırlaşırdıq, qalib gəlmək istəyirdik. Nəticələr də göz qabağındadı.
 
– Komandanı çempionata hazır sayırsız?
– Təbii ki, hazır sayıram. Fikrimcə, biz çox yaxşı hazırlıq keçmişik. Çempionatın ikinci dövrəsində də özümüzü yaxşı tərəfdən göstərəcəyik.
 
– “İnter”in ikinci dövrədəki əsas hədəfi nə olacaq?
– Komandamızın hədəfləri həmişə yüksək olub. Premyer Liqanın ikinci yarısında da maksimum xallar yığıb ən azından ilk “üçlüy”ə düşmək istəyirik.
 
– Premyer Liqanın cari mövsümünün startında “İnter” ard-arda bir neçə oyun məğlub oldu. Çempionatın ikinci hissəsinin də starından belə bir şeylə üzləşəcəyinizdən qorxmursuz?
– Belə bir halın bir də təkrarlanması mümkün deyil.
 
– Yeni futbolçular haqqında fikirləriniz necədi?
– Yaxşı futbolçulardılar. Amma əsas odu ki, komandaya kömək etsinlər. Əgər baş məşqçimiz onları seçibsə, deməli, bizə kömək edəcəklər.
 
– Sizcə, “İnter” ikinci yarıda geridə qalan 18 turda buraxdığı səhvləri aradan qaldıra biləcək?
– Buna tam inanıram. Baş məşqçimiz Kaxaber Sxadadze hər şeyi yaxşı bilir. O, komandanı uğura daşıyacaq.
 
– Sxadadze əsasən hücumda problemlərin olduğunu bildirmişdi…
– Məşqçi elə deyibsə, deməli elədi. Amma mənim şəxsi fikrimə görə, belə bir problem yoxdu. Biz bol da qol vurmuşuq.
 
– Keçən mövsüm daha çox meydanda olurdunuz…
– Mən düşünmürəm ki, bu mövsüm daha az oynayıram. Fikrimcə, kifayət qədər meydanda oluram.
 
ELSEVƏR
Shares: