“Qalatasaray” rəhbərliyi Nordin Amrabat və Albert Rieradan sonra daha bir legioneri komandadan göndərib. Futbolinfo.az xəbər verir ki, legioner limitinin dolu olması səbəbi ilə uzun müddətdi Dani Nunkeunu satmağa çalışan “sarı-qırmızılar” stopperlə yollarını ayırıb. Amma bir müddətlik.
 
Dani Super Liqanın digər təmsilçisi "Qaziantepspor"a mövsümün sonunadək icarəyə verilib. 27 yaşlı oyunçunun keçidini qarşı tərəf də rəsmən təsdiqləyib.
Shares: