Almaniyanın “Hammer” komandasının və futbol üzrə gənclərdən ibarət Azərbaycan yığmasının yarımmüdafiəçisi Dursun Akdağ Antalya toplanışı çərçivəsində Bernard Lippertin komandasında debüt etməsindən danışıb. Futbolinfo.az xəbər verir ki, o, bunları söyləyib:
“Antalya toplanışından sonra Lippert məni inandırdı ki, yenidən dəvət alacağam. Qarşıda üç təsnifat oyunumuz var və məşqçi inanılmış, yoxlanılmış oyunçulara güvənəcək. Ancaq bundan sonra, mən mütləq Azərbaycan yığmasında oynayacağam”.
Futbolçunun sözlərinə görə, dil ilə bağlı çətinliyi var: “Azərbaycan və türk dilləri qohum dillər olsa da, fərq var. Buna rəğmən, yeni şərtlərə tez alışa bildim. Bir neçə yoldaşlıq oyununda iştirak etdim. Mənə elə gəlir ki, mən məşqçi heyətinin diqqətini cəlb edə bildim”.





