İspaniya Kral Kubokununda “Real” (Madrid) – "Espanyol" matçı həm ev sahibi komanda və onun qapıçısı İker Kasilyas üçün əlamətdar olub. Futbolinfo.az xəbər verir ki, oyunu 1:0 hesablı qələbə ilə başa vuran Madrid klubu ardıcıl 9 matçda qapısını toxunulmaz saxlamağı bacarıb.
 
Bununla da komanda tarixində ən uzunmüddətli “quru” seriyasına imza atıb.
 
Kasilyas isə "Espanyol"la görüşdə qapısını toxunulmaz saxlamaqla 682 dəqiqə qol buraxmayıb. Bu nəticə ilə o, klub tarixinin ən uzun müddət qapsında qol görməyən qolkiperi olub.
Shares: