Qış fasiləsində heyətini gücləndirməkdə davam edən "Rəvan"da kimlərin qalacağı məlumdu. Futbolinfo.az xəbər verir ki, Güvenç Kurtar Antalyada düşərgəyə qoşulan Tyaqo Mirasema, Julio Sezar və Mitya Moreçi komandayla birgə Bakıya gətirib.
Adıçəkilənlərlə yanaşı heyətə daha bir neçə futbolçu da qoşulacaq. Bu siyahıda "Rəvan"dan "Bakı"ya gedən Mindauqas Kalonas da yer alıb. Artıq litvalı futbolçu ilə razılıq əldə olunub və tezliklə müqavilə imzalanacaq. Bundan başqa fasilədən sonra "Rəvan"ın heyətində bosniyalı futbolçu da top qovacaq. Lakin hazırda həmin topçunun adı açıqlanmır.
Qeyd edək ki, "Rəvan" Sebastyan Kastro-Telyo, Sohib Savankulov, Frederik Holster, Rəşad Abdullayev, Vüsal Qarayev və Kristian Torreslə yollarını ayırıb.





