Bu axşam Almaniya Bundesliqasının 17-ci turundan təxirə salınmış bir oyun keçiriləcək. Futbolinfo.az xəbər verir ki, "Bavariya" “Ştuttqart"ın qonağı olacaq.
 
"Pivəçilər”in klublararası DÇ-də iştirakına görə dekabrdan təxirə salınan oyun qonaqlar üçün çətin keçə bilər. Belə ki, Xosep Qvardiola bu matçda əsas futbolçularından məhrum olacaq. Oyunda Aryen Robben, Frank Riberi, Bastiyan Şvaynştayger və Xavi Martines kimi as futbolçular zədə ucbatından meydana çıxa bilməyəcək.
Shares: