İspaniya mətbuatında Madrid “Real”ının argentinalı üzvü Anhel Di Marianıın komandanı tərk edəcəyi ilə bağlı xəbərlər dolaşmağa başlayıb. Futbolinfo.az xəbər verir ki, onun yayda klubdan ayrılacağı gözlənilir.
25 yaşlı yarımmüdafiəçi onunla maraqlanan "Mançester Yunayted", PSJ və ya "Yuventus"a keçəcək. "Real"ın bu keçiddən 25 milyon avro qazanacağı iddia olunur.
Mövsümün əvvəlində Asyer İlyaramendi, Qaret Beyl və İsko kimi oyunçuların alınması və Xese Rodriqesin əsas heyətə düşməsi yarımmüadfiə xəttində olduqca sıxlıq yaratdığından Anhel də ayrılığa müsbət yanaşır.
Qeyd edək ki, Di Marianın "Kral Klubu” ilə 2018-ci ilədək müqaviləsi var.





