Ukrayna Premyer Liqasında mübarizə aparan "Dnepr" klubunun futbolçusu Yevgeni Konoplyanka yaxın günlərdə "Liverpul"a transfer oluna bilər. Futbolinfo.az xəbər verir ki, bu haqda İngiltərənin "The Times" nəşri məlumat yayıb.
 
Qəzetdə transferin 15 milyon avro dəyərində olduğunu qeyd edilib. Mersisaydların baş məşqçisi Brendan Rocers də "Everton"la keçirilən oyundan sonra açıqlamasında bir futbolçu aldıqdan sonra qış "transfer pəncərəsi"ni bağlayacaqlarını bildirib. İddialara görə, onun nəzərdə tutduğu oyunçu elə Konoplyankadı.
 
Yevgeni 2007-ci ildən “Dnepr”də çıxış edir.
Shares: