İtaliya "İnter"inin yarımmüdafiəçisi Mateo Kovaçiç karyerasını Almaniya Bundesliqasında davam etdirməyə yaxındı. Futbolinfo.az xəbər verir ki, xorvatiyalı futbolçu ilə Dortmund "Borussiya"sı yaxından maraqlanır.
 
Komandanın baş məşqçisi Yurgen Klopp israrla onu heyətdə görmək niyyətindədi. Almanların yaxın günlərdə rəsmi olaraq İtaliya klubuna müraciət edəcəyi gözlənilir.
Shares: