İtaliyanın "Milan" klubu qış transfer çalışmalarını sürətlə davam etdirir. Futbolinfo.az xəbər verir ki, “qırmızı-qaralar” heyətinə daha bir futbolçu cəlb edib.
Klubun televiziyasından verilən xəbərə görə, “rossonyerlər” İngiltərə çempionşiöində çıxış edən KPR-in üzvü Adel Taarabatı 6 aylıq icarəyə götürüb. Onun bu gün tibbi müayinədən keçəcəyi bildirilib.
Qeyd edək ki, müqaviləyə əsasən, "Milan" mövsümün sonunda 7 milyon avro ödəyərsə, Taarabatı birdəfəlik almış olacaq.





