İtaliya nəhəngi "İnter" heyətini "Torino"nun futbolçusu ilə gücləndirib. Futbolinfo.az xəbər verir ki, Milan təmsilçisi Danilo D`Ambrosionu transfer edib.
 
Klubun rəsmi saytının verdiyi xəbərə görə, 25 yaşlı müdafiəçi ilə 2018-ci ilədək müqavilə imzalanıb.
 
Transferin maddi tərəfi haqda məlumat verilməyib. Ancaq İtaliya mətbuatı “neradzurra”nın  Danilo üçün 1,5 milyon avro ödədiyini yazıb.
Shares: