Futbol üzrə İngiltərə çempionatında 24-cü tura start verilib. Futbolinfo.az xəbər verir ki, turun əksər görüşləri ilk oyun günündə baş tutub.
"Hall Siti"nin qonağı olan "Tottenhem" xal itirib. "Stok Siti"nin qonağı olan "Mançester Yunayted" isə məğlubiyyətlə üzləşib. "Nyukasl" "Sanderlend"lə ev oyununda darmadağınla üzləşib. "Vest Hem" "Suonsi Siti"ni 2 cavabsız qolla yenib. "Kardiff Siti" "Norviç Siti", "Everton" "Aston Villa" üzərində qələbəyə sevinib. "Fulhem" isə "Sauthempton"la ev oyununda darmadağına üzülüb.
Turun digər oyunları bu gün və sabah keçiriləcək.
İngiltərə Premyer Liqası
24-cü tur
1 fevral
Nyukasl – Sanderlend – 0:3
Qollar: Borini, 19-pen, Conson, 23, Kolbak, 80.
Vest Hem – Suonsi Siti – 2:0
Qollar: Nolan, 26; 45.
Kardiff Siti – Norviç Siti – 2:1
Qollar: Bellami, 49, Cons, 51 – Snodqrass, 5.
Everton – Aston Villa – 2:1
Qollar: Neysmit, 74, Miralyas, 85 – Baçuna, 34.
Fulhem – Sauthempton – 0:3
Qollar: Lallana, 64, Lambert, 70, Rodriqes, 75.
Hall Siti – Tottenhem – 1:1
Qollar: Lonq, 12 – Paulinyo, 61.
Stok Siti – Mançester Yunayted – 2:1
Qollar: Adam, 38; 52 – Van Persi, 47.
2 fevral
17:30. Vest Bromviç – Liverpul
20:00. Arsenal – Kristal Pelas
3 fevral
00:00. Mançester Siti – Çelsi





