“Xəzər Lənkəran”ın yeni transferi, braziliyalı müdafiəçi Villam Tyeqonun Futbolinfo.az-a müsahibəsi
– Oyun haqqında fikirləriniz necədi?
– Əvvəlcədən çətin oyun olacağını bilirdik. Bu çətinliyə isə hazır idik. Bunun öhdəsindən gəldik və qələbə qazandıq. Bu qələbə komandamız üçün vacib idi. “Qarabağ” kimi lider komandadan xal almaq əla idi.
– “Xəzər Lənkəran”da ilk oyununuzdan razı qaldız?
– Təbii ki, ilk oyunuma çıxdığım üçün sevincliyəm. Amma bu sevincin əsasından qazandığımız qələbə durur. Düşünürəm ki, növbəti oyunlarımızda da bu qələbə seriyasını davam etdirib azarkeşlərimizi sevindirməliyik.
– Müdafiədə bu gün çox əziyyət çəkdiniz. Arxa xəttdə problemlər olduğunu düşünmürsüz? Komanda yoldaşlarınızı tez-tez sığortlayırdız…
– Deməzdim ki, problem var. Amma komanda yoldaşlarımı sığortalamaq lazımdı. Bunu biz məşqlərdə də edirdik. Bu oyunda olmalıdı.
– Belə hava şəraitində oynamaq necə idi?
– Təbii ki, qarlı havada oynamaq çətindi. Amma şərait hər iki komanda üçün eyni idi.
ELSEVƏR





