I Divizionun ikinci dörəsinin ilk turunda "Bakılı" ilə qarşılaşacaq "Araz-Naxçıvan" məşqlərini davam etdirir. Futbolinfo.az xəbər verir ki, "qırmızı-ağlar" bu gün bir məşqlə kifayətlənməli olub.
Belə ki, səhər saatlarında məskunlaşdığı "Neftçibaza"da məşqə çıxan Əsgər Abdullayevin yetirmələri isinmə hərəkətlərindən sonra topla daha çox çalışıblar. Baş məşqçinin tapşırıqları əsasında 2 saata yaxın davam edən məşqi futbolçular qapıya zərbələrlə yekunlaşdırıb.





